
Bu il dünya çempionatının qrup mərhələsinin ilk turunda Avropanın son çempionu İspaniya millisi gözlənilməz xal itkisi ilə üzləşib.
Yeniavaz.com xəbvər verir ki, ispanlar turnirdəki ilk matçında Kabo-Verde yığması ilə 0:0 hesablı heç-heçə edib.
Beləliklə, İspaniya son 21 ildə fəaliyyət göstərən Avropa çempionları arasında dünya çempionatına qələbə ilə başlaya bilməyən komandalar siyahısına qoşulub.
Tarix göstərir ki, Avropa çempionlarının mundialın ilk oyunlarında çətinlik yaşaması nadir hal deyil. Belə ki, İtaliya 2020-ci il Avropa çempionu statusunda 2022-ci ildə keçirilən dünya çempionatında iştirak etməyib. Ondan əvvəl, 2018-ci ildə Avropa çempionu Portuqaliya mundialın ilk qarşılaşmasında İspaniya ilə məhsuldar heç-heçə edib — 3:3.
2014-cü ildə isə İspaniya dünya çempionatına uğursuz start verərək Niderland yığmasına 1:5 hesabı ilə məğlub olmuşdu. 2010-cu ildə ispaniyalılar ilk oyunda İsveçrə seçməsinə 0:1 hesabı ilə uduzmuşdu.
Daha əvvəl, 2006-cı ilin Avropa çempionu Yunanıstan dünya çempionatına vəsiqə qazana bilməmişdi. 2002-ci ildə isə Avropa çempionu Fransa mundialın açılış matçında Seneqal yığmasına 0:1 hesabı ilə uduzaraq sensasiya yaşamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz