ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı – Ölənlər var


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsi Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Yeniavaz.com
CNN telekanalına istinadla xəbər verir ki, təyyarə qəzası yerli vaxtla saat 11:20-də (Bakı vaxtı ilə saat 22:20) baş verib.
Təcili yardım xidmətləri dərhal hadisə yerinə gəlib.
Hadisədən sonra hərbi hava bazası müvəqqəti olaraq bağlanıb.
CNN-in məlumatına görə, qəza nəticəsində səkkiz ekipaj üzvü həlak olub.
Telekanal əlavə edib ki, B-52 təyyarəsi sınaq uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
B-52 Hərbi Hava Qüvvələrinin ən qədim təyyarələrindən biridir və ilk dəfə 1955-ci ildə istifadəyə verilib. Adətən, bu uzun mənzilli ağır bombardmançı təyyarə beş nəfərlik heyət daşıyır. O, həmçinin nüvə bombaları və qanadlı raketlər də daşıya bilir. B-52H-nin əməliyyat versiyası hələ də ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında mühüm rol oynayır. Hazırda ABŞ Hərbi Hava Qüvvələrinə 76 belə təyyarə daxildir. Bu təyyarə həmçinin ABŞ və İran arasındakı mövcud münaqişə zamanı bombardman missiyalarında istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top