İrandan sonrakı hədəfini açıqladı


ABŞ İranla müharibə bitdikdən sonra Ukraynadakı münaqişənin həlli ilə məşğul olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
“İndi İranla münaqişə bitdiyinə görə, diqqətimizi Ukraynaya yönəldəcəyik, baxaq görək bunu edə biləcəyikmi?”, - deyə Amerika lideri qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın 19 iyunda münaqişəyə son qoymaq üçün rəsmi razılaşma bağlamağı planlaşdırdıqlarını açıqlayıb. Bu məlumat ABŞ rəsmiləri tərəfindən də təsdiqlənib. Digər tərəfdən “Reuters” agentliyi ölkələr arasında razılaşma layihəsinə Hörmüz boğazının yenidən açılması, İrana qarşı neft sanksiyalarının ləğvi, ABŞ-nin İran limanlarına qarşı blokadasının qaldırılması və s. daxil olduğunu bildiri,. Tehran həmçinin nüvə silahı istehsal etməmək və ya əldə etməmək öhdəliyini götürəcək. Yekun sülh müqaviləsi üzərində işlərin 60 gün ərzində aparılması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top