
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan “İnstagram” istifadəçi sayını artırmaqda davam edir.
Yeniavaz.com xəbər verir ki, 2010-cu ildə Kevin Sistrom və Mayk Kriger tərəfindən yaradılan, 2012-ci ildə isə “Meta” şirkəti (“Facebook”) tərəfindən satın alınan “İnstagram” hazırda dünyanın ən böyük sosial media platformalarından biri hesab olunur.
Qeyd edək ki, “İnstagram”dakı hesabların populyarlığı əsasən izləyici (“follower”) sayına görə müəyyən edilir. Bu günə – 15 iyun 2026-cı il tarixinə olan məlumata görə, platformada ən çox izləyicisi olan hesab elə “İnstagram”ın özünə məxsus rəsmi hesabdır. “İnstagram” hesabının 685,9 milyon izləyicisi var.
İkinci sırada isə məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo qərarlaşıb. Ronaldoya məxsus hesabın 666,2 milyon izləyicisi var.
Bütün dünya üzrə hazırda ən çox izləyicisi olan 10 populyar “İnstagram” hesabını təqdim edirik:
“İnstagram” – 685,9 milyon
Kriştiano Ronaldo – 666,2 milyon
Lionel Messi – 507,1 milyon
Selena Qomez – 405,5 milyon
Kayli Cenner – 382,5 milyon
Dueyn Conson (The Rock) – 382,4 milyon
Ariana Qrande – 363,4 milyon
Kim Kardaşyan – 345 milyon
Beyonse – 300,4 milyon
Kloi Kardaşyan – 292,7 milyon
Məlumat üçün onu da bildirək ki, bir çox məşhurlar “İnstagram” hesablarında reklam xarakterli paylaşımlar edərək böyük gəlirlər əldə edirlər. Analitik platformaların açıqladığı son göstəricilərə görə, Kriştiano Ronaldonun profilində yayımlanan bir reklam xarakterli paylaşımın (“post”) qiyməti 3,23 milyon dollara çatır.
Bütün dünya üzrə 1 reklam paylaşımının qiymətinə görə ən bahalı 10 “İnstagram” hesabını təqdim edirik:
Kriştiano Ronaldo – 3,23 milyon dollar
Lionel Messi – 2,59 milyon dollar
Selena Qomez – 2,55 milyon dollar
Kayli Cenner – 2,38 milyon dollar
Dueyn Conson (The Rock) – 2,32 milyon dollar
Kim Kardaşyan – 2,17 milyon dollar
Ariana Qrande – 2,13 milyon dollar
Beyonse – 1,92 milyon dollar
Kloi Kardaşyan – 1,87 milyon dollar
Castin Biber – 1,76 milyon dollar
Tətbiqimizi yükləyə bilərsiniz