Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata


Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 052,45 ton təzə və ya soyudulmuş alabalıq (forel) idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan alabalığın ümumi gömrük dəyəri 4 milyon 686,7 min dollar olub.
Beləliklə, idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,45 dollar (7,57 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında alabalıq ən aşağı qiymətə İrandan, ən baha qiymətə isə Norveçdən idxal edilib. İrandan gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,44 dollar (7,55 manat), Norveçdən gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri isə 14,14 dollar (24,04 manat) olub.
Qeyd edək ki, idxal olunan alabalıq Azərbaycana bu ölkələrdən gətirilib:
İran – 1 051,04 ton (1 kiloqramının orta gömrük dəyəri 7,55 manat);
Norveç – 1,33 ton (24,04 manat);
Türkiyə – 0,07 ton (21,86 manat).

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top