
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Ermənistandakı siyasi vəziyyətin mürəkkəb olaraq qaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, Narışkin bu barədə TASS-a müsahibəsində danışıb.
O, Ermənistanda keçirilən seçkilərin nəticələrinin “müəyyən mənada şübhəli” olduğunu deyib.
Narişkin Ermənistandakı siyasi proseslərin davam edəcəyini vurğulayıb: “Vəziyyətin asan olmadığı aydındır. Seçkilər, belə desək, asan keçməyib və nəticələr nisbidir, müəyyən mənada şübhəlidir. Buna görə də düşünürəm ki, canlı siyasi proseslər davam edəcək”.
Sergey Narışkin həmçinin Ermənistan rəhbərliyinə xəbərdarlıq edərək bildirib ki, İrəvan yalnız Qərbin dəstəyinə arxalanarsa, bu, ölkə daxilində vəziyyəti daha da çətinləşdirə bilər.
“Əgər Ermənistan rəhbərliyi yalnız Qərbin köməyinə və dəstəyinə güvənərsə, bu, səhv addım olacaq və ölkə daxilində vəziyyət daha da pisləşəcək. İqtisadi inkişaf baxımından əlavə maneələr və çətinliklər yarana bilər. Ümid edirəm ki, Ermənistan rəhbərliyi ağıllı hərəkət edəcək”, – Narışkin bildirib.
SVR direktoru Moskvanın İrəvanla münasibətlərin qorunub saxlanılmasında maraqlı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Rusiya iki ölkə arasında iqtisadi, humanitar, hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını vacib hesab edir.
“Bizim üçün iki ölkə arasında yaxşı münasibətlərin qorunması və əməkdaşlığın inkişaf etdirilməsi önəmlidir. Biz bunun belə olacağını gözləyirik”, – deyə Narışkin əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz