
Son 24 saat ərzində İsrailin Livana hava hücumları nəticəsində ən azı 27 nəfər həlak olub, 67 nəfər isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan mülki şəxslərin ümumi sayı 3783, yaralananların sayı isə 11699 nəfərə çatıb.
Səhiyyə Nazirliyi həmçinin, xilasedicilərin bəzi ərazilərdə dağıntıları təmizləməyə davam etdiyini və itki və yaralıların sayının arta biləcəyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz