
Norveçin vəliəhd şahzadə Mette-Maritin oğlu Marius Borq Heybi dörd il həbs cəzasına məhkum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Oslo məhkəməsinə istinadla məlumat yayıb.
Məlumata görə, o, təcavüz və digər cinayətlərdə təqsirli bilinib.
Heybi təcavüz də daxil olmaqla ən ağır ittihamlar üzrə özünü günahsız hesab edib və hökmdən apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, kral ailəsinə qarşı iş 2024-cü ildə başlayıb və tədricən yeni ittihamlar ortaya çıxıb. Heybi anası Mette-Maritin vəliəhd şahzadə Haakonla evlənməsi ilə 2001-ci ildə kral ailəsinin üzvü olub.
Tətbiqimizi yükləyə bilərsiniz