
Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində görüş keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin G20 və APEC üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdiyev bildirib.
Diplomat həmçinin bildirib ki, Rusiya tərəfi Çinlə dövlət liderləri səviyyəsində ikitərəfli görüş planlaşdırır.
Qeyd edək ki, 19-20 may tarixlərində Putin Pekinə səfər edib və Çin Prezidenti Si Cinpinlə ilə danışıqlar aparıb. Görüşdən sonra Moskva və Pekin 42 sənəd imzalayıblar. Bunlara hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi, mehriban qonşuluq, dostluq və əməkdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat, eləcə də çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin formalaşdırılması haqqında bəyannamə daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz