“Real Madrid” Kukurellanın transferini elan etdi


İspaniya milli futbol komandasının müdafiəçisi Mark Kukurella “Çelsi”dən “Real Madrid”ə keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Real Madrid”in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər 2032-ci ilə qədər 6 illik müqavilə imzalayıblar.
Jurnalist Fabritsio Romanonun sözlərinə görə, müqavilənin məbləği 55 milyon avrodur. Amcaq onun “Real Madrid”dəki uğurlarına görə əlavə 5 milyon avro da bonus şəklində ödənilə bilər.
Qeyd edək ki, 27 yaşlı Kukurella “Barselona”nın gənclər sisteminin yetirməsidir.
2022-ci ilin avqust ayından bəri o, “Çelsi”də oynayır və orada 2025-ci ildə Konfrans Liqasını və 2025-ci ildə FIFA Klublararası Dünya Kubokunu qazanıb. O, həmçinin “Barselona”nın 2018-ci ildə Kral Kubokunu qazanmasına və İspaniya millisinin isə 2024-cü ildə Avropa Çempionatını qazanmasına kömək edib.
Ötən mövsüm Kukurella bütün yarışlarda 50 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.
“Transfermarkt” portalındakı məlumata görə, onun transfer qiyməti 50 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top