
Ermənistanda keçmiş prezident Robert Koçaryanın ölkəni tərk etməsinə icazə verilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun oğlu Levon Koçaryan məlumat verib.
O qeyd edib ki, keçmiş prezidentin ofisi daha əvvəl Koçaryanın bir neçə günlük Ermənistanı tərk etmək niyyəti barədə məlumat verib.
Səfər şəxsi xarakter daşıyıb və əvvəlcədən planlaşdırılıb.
Levon Koçaryan həmçinin bildirib ki, hakimiyyət heç bir izahat vermədən keçmiş dövlət başçısının Ermənistanı tərk etməsinə mane olub.
Digər tərəfdən, Robert Koçaryanın ofisi də faktı təsdiq edib.
Tətbiqimizi yükləyə bilərsiniz