Kiyevə kütləvi hücum – Məşhur kafedral yandı + Ölənlər var


Rusiya ordusunun Kiyevə kütləvi raket və PUA hücumu nəticəsində ən azı 4 nəfər həlak olub, 23 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko rəsmi “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, yaralananlar arasında uşaq var.  
Tkaçenko bəzi yerlərdə yaralılara yardım göstərməkdə çətinlik yarandığınğ qeyd edib.
O, həmçinin, ən azı 16 yerdə dağıntı olduğunu bildirib.
Tkaçenko əhalini sığınacaqlarda qalmağa çağırıb.
Onun sözlərinə görə, hücum nəticəsində UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən Kiyev Peçersk Lavra kompleksində yanğın qeydə alınıb. Həmçinin, hücum nəticəsində Uspen (Uspensk) kafedralının damı alovlanıb. Kafedral ətrafına yanğınsöndürənlər cəlb olunub. Katedralın damının bir hissəsinin dağıldığı və alovların binanı bürüdüyü qeyd olunur.
“Əməliyyat məlumatlarına görə, Lavra ərazisinə dəyən ziyan xüsusilə ciddidir. Ruslar ən böyük xristian ziyarətgahlarından birinin mərkəzinə qəsdən zərbələr endiriblər!”, - deyə Tkaçenko əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top