"Məhkəmələr formal əsaslarla qərarları ləğv edib geri qaytarır"

"İnzibati Xətalar Məcəlləsində (İXM) zəruri prosessual təfərrüatların olmaması sui-istifadələrə gözəl şərait yaradır". "Yeniavaz.com" xəbər verir ki, bu barədə "Digesta" hüquq mərkəzinin rəhbəri Ərşad Hüseynov bildirib. Ərşad Hüseynov dediklərini belə əsaslandırıb: "Son zamanlar belə bir şey çox dəbə minib. Məhkəməyə konkret qərardan şikayət verilir, qərarın ləğvi üçün ciddi maddi hüquq pozuntuları var. Amma məhkəmə işin mahiyyətinə baxmır (əslində şikayətə baxmır), xırda prosessual pozuntulara görə qərarı ləğv edir və işi inzibati orqana yenidən baxmağa qaytarır. Yaxud da bunun əksi. Qərardan şikayət verilir, amma maddi-hüquqi baxımdan hər şey qaydasındadır, yəni xəta törədilib, sanksiya da düz tətbiq olunub. Yenə də məhkəmə formal əsasla qərarı ləğv edib geri qaytarır".

Ekspertin sözlərinə görə, nəticədə vətəndaş aylarla intizarda qalır, məhkəmə və inzibati orqanlar arasında yol döyəcləyir: "Bunlara son qoymaq üçün İXM-də də icraatın digər növlərindəki kimi qərara yenidən baxılarkən çıxarılan hər bir qərarın qəbulu şərtləri və meyarları dəqiq göstərilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top