
İsrail Vaşinqtona tabe olmadığı üçün ABŞ-İran razılaşmasına heç bir şəkildə riayət etməyə borclu deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” sosial şəbəkə səhifəsində yaydığı bəyanatda bildirib.
“Amerika lideri Donald Trampın razılaşması bizim (İsrail) üçün məcburiyyət təşkil etmir. İsrail müstəqil və suveren dövlətdir və ABŞ-yə tabe deyil”, - deyə o əlavə edib.
“İsrail vətəndaşlarına, İsrail Ordusunun əsgərlərinə və yəhudi xalqına qarşı borcumuz, həmçinin minilliklər boyu sürgün və soyqırımlara məruz qalmış yəhudilər qarşısındakı tarixi məsuliyyətimiz onların təhlükəsizliyini təmin etməkdir”, - o bildirib.
Ben-Qvir İsrailin mövqeyinin aydın olduğunu, onun təhlükəsizliyini təmin etməyən bu razılaşmanın tərəfdarı olmadığını və bu razılaşmanın İsrail üçün heç bir məcburiyyət təçkil etmədiyini bildirib.
“Biz “Hizbullah”ın tamamilə məhv edilməsindən başqa bir şeyə razı ola bilmərikş Biz qoşunlarımızın nəzarətə götürdüyü və terror infrastrukturundan təmizlədiyi əraziləri tərk edə bilmərik”, - deyə o qeyd edib.
İsrailli nazir eyni zamanda İsrailin ABŞ Prezidenti Donalf Trampa sonsuz minnətdar olduğunu, lakin təhlükəsizlik məsələlərinin müstəsna olaraq İsrailin maraqları ilə müəyyən edildiyini əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılaşmanı təsdiqləyiblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs zamanı tərəflər digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını da müzakirə edəcəklər. İyunun 15-dən etibarən ABŞ İranın dəniz blokadasına son qoyacaq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatları dərhal və birdəfəlik dayandıracaq.
Tətbiqimizi yükləyə bilərsiniz