
ABŞ və İran arasında sülh sazişinin imzalanacağı tarix və yer məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial media səhifəsində məlumat verib.
Siyasətçinin sözlərinə görə, imzalanma mərasimi cümə günü, 19 iyunda İsveçrədə keçiriləcək.
Pakistanın baş naziri həmçinin, ABŞ və İran arasında razılaşmanın intensiv danışıqlardan sonra əldə edildiyini bildirib. Tərəflər Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını elan ediblər. ABŞ Prezidenti tərəflərin sülh sazişi əldə etdiklərini təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz