Almaniya Dünya Kubokunda vurulan qolların sayına görə rekorda imza atdı


Almaniya qrup mərhələsində Kyurasaonu məğlub edərək, Dünya Kuboku tarixində vurulan qolların sayına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, oyun Hyustonda, NRG stadionunda baş tutub. Oyun 7:1 hesabı ilə almanların xeyrinə başa çatıb.
Bununla da, Almaniyanın Dünya Kubokunda vurduğu qolların sayı 239-a çatıb. Əvvəlki rekord isə 238 qolla Braziliyaya aid olub.
Almaniya milli komandası Dünya Kubokunun final mərhələsinə 21 dəfə vəsiqə qazanıb və dörd dəfə qalib gəlib. Braziliya 23 turnirin hamısında iştirak edib və Dünya Kuboku tituluna rekord sayda - beş dəfə sahib olub.
Qeyd edək ki, qrup mərhələsi 27 iyuna qədər davam edəcək. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq. Dünya Kuboku 19 iyul tarixinə qədər davam edəcək.
Xatırladaq ki, hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa millisini məğlub edən Argentina millisidir.

DİGƏR XƏBƏRLƏR

Top