
“İranla razılaşma əldə edildi. Hamını təbrik edirəm!”
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında bildirib.
O, bununla da, Hörmüz boğazının açılmasına və dəniz blokadasının aradan qaldırılmasına icazə verdiyini bildirib.
“Bununla Hörmüz boğazının ödənişsiz açılmasına icazə verirəm və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasının aradan qaldırılmasına icazə verirəm. Dünya gəmiləri, mühərriklərinizi işə salın”, - Tramp qeyd edib.
ABŞ lideri həmçinin bu böyük sazişin bütün regiona sülh və təhlükəsizlik gətirəcəyini əlavə edib.
“Bir çox prezident İranla sülh bağlamağa çalışdı və məndən əvvəl hamısı uğursuz oldu. Region liderləri ilk dəfə olaraq əsl sülhə nail olmağa kömək edə biləcək bir prezident tapdılar. Sazişin imzalanması və boğazın açılması ilə neft hər iki tərəfdən region və dünya üçün yenidən axacaq” – Tramp əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz