ABŞ və İran ilkin sülh müqaviləsini uzaqdan imzalayacaqlar − “Axios”


ABŞ, İran və Qətər və Pakistan vasitəçiləri 14 iyunda virtual görüş keçirməyi və məsafədən anlaşma memorandumu imzalamağı planlaşdırırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios”a mənbələr danışıb.
Bu sənədin atəşkəsin 60 gün uzadılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqlara başlaması gözlənilir.
Bir gün əvvəl İranla dəfələrlə razılaşma elan edən ABŞ Prezidenti Donald Tramp razılaşmanın 14 iyunda imzalanacağını açıqlayıb. Lakin İran Xarici İşlər Nazirliyi bazar günü heç nə imzalamağı planlaşdırmadıqlarını bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərif 13 iyunda tərəflərin sülh razılaşmasının yekun mətni ilə bağlı növbəti 24 saat ərzində razılığa gələcəklərini bildirib, buna görə də vasitəçilər sənədin məsafədən imzalanacağını düşünür. 

DİGƏR XƏBƏRLƏR

Top