
Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyan yekun seçki nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, parlamentə üç siyasi qüvvə daxil olub: “Vətəndaş Müqaviləsi” bloku 49,7456% (726.819 səs), “Güclü Ermənistan” bloku 23,2710% (340.060 səs) və “Ermənistan” bloku 9,9231% (144.983 səs).
410 seçici səslərini elektron şəkildə, 1300 seçici isə mobil səsvermə qutuları vasitəsilə verib. Protokollarda qeydə alınan qeyri-dəqiqlik və uyğunsuzluqların ümumi sayı 4331 olub.
Xatırladaq ki, “Çiçəklənən Ermənistan”-ın parlamentdə olmaması ölkənin Baş naziri Nikol Paşinyanın partiyasına konstitusiya çoxluğuna sahib olmağa imkan verir. Xüsusilə də referendum yolu ilə konstitusiyanı dəyişdirmək üçün buna ehtiyacı var.
Tətbiqimizi yükləyə bilərsiniz