
Rusiyanın Krasnodar diyarının Krımski rayonunda fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə bələdiyyə administrasiyası məlumat yayıb.
Bildirilib ki, buna səbəb Zapadnı kəndi yaxınlığındakı Kuban çayında bəndin partlaması olub.
Fövqəladə vəziyyət Kubanın Troitskoye, Kiyevskoye, Yujnoye və Keslerovskoye kənd yaşayış məntəqələrində qüvvəyə düşüb.
Qeyd edək ki, iyunun 3-də bənd partlaması nəticəsində kənd təsərrüfatı torpaqları su altında qalıb. Hakimiyyət orqanları üç yaşayış məntəqəsinin sakinlərini təxliyə edib.
Hazırda Kuban çayının bənd partlamasından yaranan su kənd təsərrüfatı torpaqlarına axmağa və Afipski kanalını doldurmağa davam edir. Ümumilikdə, Krımski rayonunda əsasən buğda əkinləri olan dörd hektardan çox kənd təsərrüfatı sahəsi suyun altındadır.
Yerli hakimiyyət orqanları həmçinin 6000-dən çox insanın yaşadığı Troitskaya kəndindəki evlərin daşqın riski barədə xəbərdarlıq edir. Sakinlərə mümkün təxliyə barədə məlumat verilib.
Tətbiqimizi yükləyə bilərsiniz