“İsrailin Beyruta hücumu nəticəsində “Hizbullah” komandiri öldürülüb” − KİV


İsrail Hərbi Hava Qüvvələri Livan paytaxtının cənub kənarlarına hava hücumu həyata keçirərək “Hizbullah” təşkilatının yüksək rütbəli hərbi komandirini öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.
Telekanal mərhumun adını çəkməyib.
Bildirilib ki, zərbə “Hizbullah”ın qərargahının yerləşdiyi Qobeyri məhəlləsindəki beşmərtəbəli binanı hədəf alıb. Kanalın məlumatına görə, mərhum komandir Livanın cənub və şərqindəki milisləri arasında əməliyyat rabitəsinin təşkilindən məsul olub.

DİGƏR XƏBƏRLƏR

Top