
Ukraynanın pilotsuz uçuş aparatı Rusiyanın Oryol şəhərində çoxmərtəbəli yaşayış binasına düşüb .
Yeniavaz.com xəbər verir ki, bu barədə Oryol vilayətinin qubernatoru Andrey Klıçkov məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Bir neçə mənzilə ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 14 iyun gecəsi Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiyanın 14 bölgəsi, ilhaq edilmiş Krım və Azov dənizi üzərində 249 Ukrayna pilotsuz təyyarəsini vurub. Medianın məlumatına görə, Tula bölgəsində Azot kimya zavodunda hücumdan sonra yanğın başlayıb, Yaroslavl bölgəsində isə Rıbinskdəki Rosrezerv neft bazasında yanğın baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz