Magistraturaya qəbul imtahanı keçirildi


Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb. 
Bildirilib ki, imtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub. İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları test tapşırıqlarının izahı ilə müvafiq hiperkeçidlərdə tanış ola bilərsiniz.
 

DİGƏR XƏBƏRLƏR

Top