"Fərat qalxanı" əməliyyatı çərçivəsində 65 İŞİD silahlısı məhv edilib

Türkiyə quru qoşunları və Suriya müxalifətinin hərbi dəstələrinin birgə keçirdikləri hərbi əməlyyat zamanı silahlılar böyük itki veriblər. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə hərbi hava qüvvələri Əl-Bab və Bzaqax şəhərlərində yerləşən İŞİD mövqelərinə 14 dəfə raket-bomba zərbələri endiriblər. Nəticədə 65 İŞİD silahlısı məhv edilib, 7 sığınacaq dağıdılıb və terror həyata keçirmək məqsədi ilə hazırlanan minalanmış avtomobil sıradan çıxarılıb. Bununla əlaqədar Türkiyə hərbi qüvvələri Baş qərargahının yaydığı məlumatada qeyd edilir ki, koalisiya qüvvələrinə məxsus təyyarələrin keçirdikləri kəşfiyyat uçuşları zamanı Tadif, Əbu Cabbar və Uvaşiya bölgələrində İŞİD-in hərbi qüvvələrinin toplaşdığı ərazilər müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top