
Britaniya Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” məxsus bir tankeri ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer və Müdafiə Nazirliyi məlumat yayıblar.
Tanker İngilis Kanalından keçməyə çalışıb.
Kral Hərbi Hava Qüvvələrinin iştirak etdiyi tankeri ələ keçirmək əməliyyatı altı saat davam edib. 14 iyun səhər tezdən Britaniya qüvvələri, o cümlədən Kral Dəniz Piyadaları komandoları Kamerun bayrağı altında üzən “Smyrtos” tankerinə daxil olublar.
Tanker İngiltərənin cənub sahillərində İngilis Kanalında lövbər salıblar. Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, ətraf mühitlə bağlı hər hansı bir problem və ya təhlükəsizlik təhdidinə görə izləniləcək.
Tətbiqimizi yükləyə bilərsiniz