“Nyu-York Niks” 53 ildən sonra NBA çempionu oldu


“Nyu-York Niks” komandası 1973-cü ildən bəri ilk dəfə ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) çempionluğunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, komanda NBA finalının 5-ci oyununda “San Antonio Spurs” komandasını 94-90 hesabı ilə məğlub edib.
Komandanın qələbəsindən sonra azarkeşlər Nyu-York küçələrində bayram etməyə başlayıb. Nyu-York Polis Departamenti artıq bir neçə nəfərin həbs olunduğunu bildirib. Həbslərin səbəbləri məlum deyil.
Qeyd edək ki, komanda bununla üçqat NBA çempionu olub. Əvvəllər 1970 və 1973-cü illərdə bu titulu qazanıb. “Boston Celtics” komandası NBA çempionluğunu hər kəsdən daha çox, 18 dəfə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top