
Mebel istehsalı və satışı sahəsində ölkənin ən böyük şirkətlərindən biri olan “Embawood” MMC-nin 1 milyon 682 min 303 manat 98 qəpik vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, nizamnamə kapitalı 3 750 manat olan “Embawood” MMC 2002-ci ildə dövlət qeydiyyatına alıb. MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur.
Qeyd edək ki, şirkətin açıqladığı sonuncu maliyyə hesabatında əməliyyat gəlirinin 2024-cü ildə 102,4 milyon manat olduğu bildirilib. Xalis mənfəəti isə bir il ərzində 5 dəfədən çox artaraq 434 min manatdan 2,3 milyon manata çatıb.
Açıqlanan son məlumata görə, “Embawood” MMC-nin əsas pay sahibləri millət vəkili Məşhur Məmmədov, Polyakova Tamara və Elşad Abbasovdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz