ABŞ və İran sülh sazişini növbəti 24 saat ərzində imzalaya bilərlər – Şahbaz Şərif


ABŞ və İran Yaxın Şərqdə aylarla davam edən münaqişəyə son qoymağı hədəfləyən sülh sazişi üçün çərçivə sənədi üzərində razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildiribş
Onun sözlərinə görə, sənədin yekun mətni artıq hazırlanıb və sazişin növbəti 24 saat ərzində elektron formatda imzalanması gözlənilir.
Şahbaz Şərif qeyd edib ki, razılaşmanın icrası ilə bağlı texniki detalları müəyyənləşdirmək üçün tərəflər arasında danışıqların gələn həftə başlanması planlaşdırılır.
Bununla belə, nə Vaşinqton, nə də Tehran tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top