Ayətullah Əli Xameneinin vida və dəfn mərasimlərinin tarixləri açıqlanıb


İran hakimiyyəti ABŞ–İsrail hava hücumu nəticəsində həlak olduğu bildirilən İranın Ali Lideri Ayətullah Əli Xamenei ilə bağlı vida və dəfn mərasimlərinin tarixlərini açıqlayıb.
Yeniavaz.com
“Tasnim” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri – doktor Misbahül-Hüda Baqiri Kəni, Seyidə Büşra Hüseyni Xamenei, Zəhra Həddad Adil və Zəhra Məhəmmədi Gülpayiqani ilə vida mərasimləri 4–5 iyul tarixlərində, Məhərrəm ayının 19 və 20-ci günlərində Tehrandakı İmam Xomeyni müsəllasındakı (böyük namaz zalı) keçiriləcək.
Bildirilib ki, iyulun 6-da – Məhərrəm ayının 21-ci günündə Tehranda dəfn yürüşü təşkil olunacaq.
İyulun 7-də – Məhərrəm ayının 22-ci günündə isə müqəddəs Qum şəhərində növbəti dəfn yürüşü mərasimi keçiriləcək.
Məlumata əsasən, yekun vida və dəfn mərasimi iyulun 9-da – Məhərrəm ayının 24-cü günü, İmam Səccadın şəhadət ildönümü ərəfəsində Məşhəd şəhərində baş tutacaq. Daha sonra Ayətullah Seyid Əli Xamenei İmam Rza türbəsində dəfn ediləcək.
Təşkilatçılar mərasimlərlə bağlı əlavə təfərrüatların sonradan açıqlanacağını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top