"Azərbaycanda uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib"​

"Azərbaycanda uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib". Bu barədə Yeniavaz.com saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə keçirilən görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyıb ki, Azərbaycanda fəaliyyət göstərən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi digər mühüm üstünlükləri ilə yanaşı, uşaq əməyinin istismarı hallarının qarşısının alınmasında da xüsusi əhəmiyyət daşıyır. Sistem ölkənin əmək qanunvericiliyində nəzərdə tutulmuş yaş həddindən, yəni 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanması faktını avtomatik şəraitdə dərhal aşkar edir və belə müqavilələrin rəsmiləşdirilməsinə imkan vermir. Bununla bağlı bildirişlər sistemdə heç bir halda qeydiyyat üçün qəbul edilmir: "Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə isə ölkəmizin İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub. Qeyd olunan Konvensiyadakı prinsiplər nəzərə alınaraq, Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb. Eyni zamanda, 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığa götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir"

F. Əlizadə həmçinin məcburi əməyə cəlb etmə hallarının Azərbaycan qanunvericiliyində birmənalı olaraq qadağan olunduğunu diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top