Braziliya və Türkiyə milliləri meydana çıxır – Oyun saatları


Futbol üzrə dünya çempionatının üçüncü oyun günü azarkeşlər üçün maraqlı və gərgin qarşılaşmalarla yadda qalacaq.
Yeniavaz.com
xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində bu gün daha dörd oyun keçiriləcək və komandalar vacib xallar uğrunda mübarizə aparacaqlar.
Günün açılış matçı B qrupunda yer alan Qətər və İsveçrə milliləri arasında baş tutacaq. Qarşılaşma “San-Fransisko Bay Area” stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İyunun 13-dən 14-nə keçən gecə futbol həvəskarlarını daha iki maraqlı duel gözləyir. C qrupunda Braziliya və Mərakeş yığmaları gecə saat 02:00-da üz-üzə gələcək. Ardınca isə saat 05:00-da Haiti və Şotlandiya komandaları meydana çıxacaq.
D qrupunda keçiriləcək ilk oyun isə Avstraliya ilə Türkiyə arasında olacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə səhər saat 08:00-da səslənəcək.

Dünya çempionatı
I tur
13 iyun
B qrupu
23:00 – Qətər – İsveçrə
14 iyun
C qrupu
02:00 – Braziliya – Mərakeş
05:00 – Haiti – Şotlandiya

D qrupu
08:00 – Avstraliya – Türkiyə
Xatırladaq ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR

Top