Bu gün 11 məktəbdə ilk dəfə “Son zəng” keçiriləcək


Bu gün Azərbaycanda 2025–2026-cı tədris ilinin son günü qeyd olunur və ölkənin bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, ənənəyə uyğun olaraq, tədbirlərin məktəblərin öz ərazilərində təşkili nəzərdə tutulub.
Bu il “Son zəng” 116 min 550 məzun üçün səslənəcək. Onların 55 min 954 nəfərini qızlar, 60 min 596 nəfərini isə oğlan şagirdlər təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 25 ümumi təhsil müəssisəsində də builki “Son zəng” keçiriləcək. Həmin məktəblərdən 11-də bu tədbir ilk dəfə baş tutacaq. Ümumilikdə, azad edilmiş ərazilərdə yerləşən məktəblərdən 171 məzun məzuniyyət sevinci yaşayacaq.
Qeyd edək ki, Azərbaycanda məktəblərdə “Son zəng” mərasimləri 2015-ci ildən etibarən iyunun 14-də keçirilir. Bu dəyişiklik Nazirlər Kabinetinin 2014-cü ildə qəbul etdiyi qərara əsasən tətbiq olunub. Həmin qərarla dərs ilinin başlanğıcı sentyabrın 15-i, sonu isə iyunun 14-ü kimi müəyyən edilib.
Bu il iyunun 14-ü bazar gününə təsadüf etdiyi üçün “Son zəng” tədbirləri bir gün əvvəl təşkil olunur.

DİGƏR XƏBƏRLƏR

Top