“İsrail İran və ABŞ arasında sazişin imzalanmasını pozmağa çalışır” − Əraqçi


“İsrail İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı memorandumun imzalanmasına mane olmaq üçün bütün səylərini göstərir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İran dövlət televiziyasına danışıb.
“Bu müqavilənin düşmənləri var və onların başında sionist rejimi (İsrail – red.) dayanır. Sionist rejimin müqaviləni pozmaq cəhdlərinin təfərrüatlarını sonradan açıqlayacağam. Əgər indi təfərrüatları araşdırmağa başlasaq, bu, gərginliyə səbəb olacaq və müqavilənin imzalanmasını təhlükə altına qoyacaq”, - o, bildirib.
Xatırladaq ki, bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun münaqişəyə son qoyacaq memorandum imzalamağa hər zamankindən daha yaxın olduğunu bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top