
“Sabah” braziliyalı müdafiəçi Junior Erivaldo Almeydanı transfer edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.
Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.
Tətbiqimizi yükləyə bilərsiniz