
Uzun müddətdir MS xəstəliyindən əziyyət çəkən məşhur türkiyəli müğənni Serdar Ortaçın vəziyyəti pisləşib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortaçın təxminən 15 gündür xəstəxanada müşahidə altında olduğu bildirilib.
Bu müddət ərzində konsert proqramını dayandıran Ortaçın həkimləri onun sağlamlığı ilə bağlı açıqlama veriblər. Bildirilib ki, Ortaç təxminən 15 gündür intensiv müalicə proqramındadır və bu müddət ərzində onun bütün konsertləri ləğv edilib və daha gec tarixə təxirə salınıb. Bazar ertəsi günü sonuncu dəfə damardaxili iynə alacaq məşhur müğənninin səhhətində irəliləyiş müşahidə olunsa da, bir müddət həkimləri tərəfindən uzaqdan izləniləcək.
Tətbiqimizi yükləyə bilərsiniz