
Çeçenistan lideri Ramzan Kadırov Ukraynanın artıq dövlət kimi mövcud olmamalı olduğunu bəyan edib.
Yeniavaz.com xəbər verir ki, o, bunu Qroznıda Rusiya Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib.
“Məndən soruşsanız, bütün Ukraynanı ələ keçirməliyik. Çünki bu gün onlar mülki əhaliyə və mülki infrastrukturlara raket atırlar - onlar hansısa dəstə deyil, dövlət terrorçularıdır. Bu şeytanları dünyanın bir çox ölkəsi təmin edir. Rusiya onlarla ölkə ilə döyüşür və həmişə güclü və qüdrətli olduğunu sübut edir və məndən soruşsanız, biz də onlara daha güclü dəqiq silahlar atmalıyıq”, - o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz