
ABŞ Kubanın dövlətə məxsus neft və qaz şirkəti olan “Union Cuba - Petróleo” (“Cupet”)-ə qarşı birtərəfli sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.
Onun adından yayımlanan yazılı açıqlamaya görə, məhdudlaşdırıcı tədbirlər ABŞ Prezidenti Donald Trampın 1 may 2026-cı il tarixində verdiyi 14404 nömrəli İcra Sərəncamına əsasən həyata keçirilir. Bu sərəncam Kubaya qarşı birtərəfli sanksiyalar rejimini əhəmiyyətli dərəcədə sərtləşdirməyi hədəfləyir. Sənəddə ABŞ-nin Kubaya qarşı məhdudlaşdırıcı tədbirlərinə ekstraterritorial xarakter verməyə çalışır. Sərəncamda məhdudiyyətlərin üçüncü ölkələrə də təsir göstərə biləcəyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz