Kadırovun oğluna “Çeçenistan Qəhrəmanı” adı verildi – İkinci dəfə…


Çeçenistan rəhbərinin köməkçisi, respublika Təhlükəsizlik Şurasının katibi və Ramzan Kadırovun ikinci oğlu Adam Kadırova “Çeçenistan Qəhrəmanı” adı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hökumət başçısı Maqomed Daudov “Telegram” kanalında məlumat dərc edib.
Onun sözlərinə görə, yüksək rütbənin verilməsi haqqında fərman Adam Kadırovun atası tərəfindən imzalanıb.
Fərmana görə, kiçik Kadırova bu ad dövlət qarşısında xüsusi xidmətlərinə, həmçinin, xalqa fədakar xidmətlərinə görə verilib. Eyni zamanda, fərmanda onun “xüsusi hərbi əməliyyat”ının dəstəklənməsi istiqamətindəki fəal və səmərəli fəaliyyəti qeyd olunub.
“Bu mükafat Adam Ramzanoviçin vətənpərvərliyinin, məsuliyyətinin və Vətənə sədaqətinin layiqli qiymətidir”, - hökumət başçısı qeyd edib.
Qeyd edək ki, bundan əvvəl o, 2023-cü ildə “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb. Son dəfə Adam Kadırov mayın 31-də “xüsusi hərbi əməliyyat”dakı xidmətlərinə görə medalla təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top