İraq hərbi hava qüvvələri daha iki İŞİD bazasını məhv edib

İraq hərbi hava qüvvələrinə məxsus təyyarələr Anbar vilayətinin qərbində yerləşən Əl-Kaim şəhərindəki İŞİD-in iki bazasına raket-bomba zərbələri endiriblər. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə hava zərbələri nəticəsində 45 silahlı məhv edilib, 25 nəfər isə yaralanıb. Bundan əlavə hava zərbələri nəticəsində terrorçuların hərbi sursat saxlanılan anbarı da yerlə-yeksan edilib. Qeyd edək ki, İraq ordusu yanvar ayının əvvəllərindən başlayaraq Anbar vilayətində fəallaşıblar. Nəticədə həyata keçirilən hücum əməliyyatları zamanı Ramadi və Falluca şəhərləri İŞİD-çilərdən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top