ABŞ və İran gələn həftə anlaşma memorandumu imzalaya bilər – “CBS News”


Vaşinqton və Tehran gələn həftənin əvvəlində münaqişələrin həlli ilə bağlı memorandum imzalaya bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
“Bloomberg” agentliyi isə öz növbəsində iddia edir ki, imzalanma 15-17 iyun tarixlərində Fransada keçiriləcək “Yeddilik Qrupu”nun (G7) sammiti zamanı baş tuta bilər.
Sammit İsveçrə yaxınlığındakı Evian şəhərində, Fransa Alp dağlarında keçiriləcək.
Tərəflər memorandumun imzalanması üçün mümkün yer kimi Cenevrəni nəzərdən keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top