
ABŞ hazırda dünyanın ən böyük neft ixracatçısıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“ABŞ dünyanın ən böyük neft ixracatçısına çevrilib və uzun müddətdir, Səudiyyə Ərəbistanının dominantlıq etdiyi bir sistemi alt-üst edib. Vaşinqtonun İranla müharibəsi qlobal enerji ticarətini yenidən formalaşdırdığı üçün bu dəyişiklik Amerika şirkətlərinin enerji bazarları üzərində nəzarətini gücləndirib”, - agentlik qeyd edib.
Agentlik həmçinin qeyd edib ki, ABŞ uzun müddətdir, Yaxın Şərq neftindən asılı vəziyyətdədir. 1973-cü ildə ölkə ABŞ-nin İsrailə dəstəyinə cavab olaraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən tətbiq edilən neft embarqosundan əziyyət çəkib.
Digər tərəfdən, məqalədə deyilir ki, “Vortexa” gəmi naviqasiya xidmətinin məlumatına görə, ABŞ-nin xam neft və yanacaq ixracı may ayında güclü hasilat və strateji ehtiyatların sərbəst buraxılması hesabına gündə təxminən 10,5 milyon barelə yüksəlib ki, bu da ABŞ-ni ardıcıl üçüncü aydır ki, dünyanın ən böyük ixracatçısına çevirib.
“Vortex”in məlumatına görə, Səudiyyə Ərəbistanı 2025-ci ildə dünyanın aparıcı neft ixracatçısı olub (gündə 8 milyon barel). ABŞ gündə 6,5 milyon bareldən çox, Rusiya isə gündə 6 milyon bareldən bir qədər az neft ixrac edib.
“Dünyanın ən böyük neft ixracatçısı olmaq Vaşinqtona qlobal hərbi üstünlüyü və maliyyə bazarlarında dominantlığı ilə yanaşı, müttəfiqləri və rəqibləri ilə danışıqlarda güclü yeni təsir imkanı verir”, - “Reuters” əlavə edib.
Bundan əlavə, agentlik Asiya ölkələrinin Yaxın Şərq neft məhsullarının tədarükündəki çətinliklər səbəbindən getdikcə daha çox Amerika neftindən asılı olduqlarını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz