
Ötən il Azərbaycanda 18 yaşadək 4 min 819 şəxsdə ilk dəfə əlillik müəyyən edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ilk dəfə əlillik müəyyən edilən 18 yaşadək şəxslərin sayı əvvəlki illə müqayisədə 5,9% artıb.
Qeyd edək ki, əlilliyin müəyyən olunmasında psixi pozuntular və davranış pozuntuları xəstəliyi ən böyük paya sahib olunub. Belə ki, ötən il 2 min 181 şəxsdə psixi pozuntular və davranış pozuntuları səbəbindən əlillik qeydə alınıb. Bu səbəbdən əlilliyi qeydə alınan şəxslərin sayı 21% artıb.
Psixi pozuntular və davranış pozuntuları ən çox 4-7 yaş arası uşaqlar arasında qeydə alınıb. Ötən il 4-7 yaşlı 1 131 uşaqda psixi pozuntular və davranış pozuntuları xəstəliyi səbəbindən əlillik müəyyən edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz