2026-cı il Dünya Kubokunun ən gənc oyunçusu ilk matçına çıxdı


2026-cı il Dünya Kubokunun ən gənc oyunçusu Meksika millisinin yarımmüdafiəçisi Xilberto Mora Cənubi Afrika Respublikasına qarşı açılış matçında debüt edib.
Yeniavaz.com
xəbər verir ki, Mora meydana 17 yaş 240 günlüyündə çıxıb.
O, oyunun 66-cı dəqiqəsində komanda yoldaşı Alvaro Fidalqonu əvəz edib.
Mora bu yaş həddi ilə ümumilikdə Dünya Kuboku tarixinin ən gənc debütantlarının ilk altılığına daxil olub.
Ondan əvvəl siyahıya Pele (Braziliya), Salomon Olembe (Kamerun), Femi Opabunmi (Nigeriya), Samuel Eto'o (Kamerun) və Norman Uaytsayd (Şimali İrlandiya) daxil olub.
Qeyd edək ki, 17 yaşlı futbolçu Meksikanın “Tixuana” komandasında oynayır.
Xatırladaq ki, Meksika və Cənubi Afrika Respublikası arasında Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda keçirilən oyun  2-0 hesabı ilə Meksikanın xeyrinə başa çatıb. 9-cu dəqiqədə Xulian Kinyones hesabı açıb, 67-ci dəqiqədə isə Raul Ximenes Meksikanın ikinci qolunu vurub.

DİGƏR XƏBƏRLƏR

Top