İran ABŞ ilə 14 maddəlik razılaşma memorandumunu dərc etdi


ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı memorandum 14 bənddən ibarətdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sənədi yayan “Mehr” xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, memorandum aşağıdakı razılaşdırılmış müddəaları əhatə edir:
- Dəniz blokadasının 30 gün ərzində ləğv edilməsi və Amerika qüvvələrinin İranla sərhəd ərazilərdən çıxarılması;
- ABŞ və müttəfiqləri tərəfindən müqavilə çərçivəsində İranın yenidən bərpa edilməsi üçün ən azı 300 milyard dollar dəyərində planlar təqdim edilməsi;
- İran neftinin və neft məhsullarının satışına qarşı sanksiyaların dayandırılması;
- İran və ABŞ 60 gün ərzində nüvə danışıqları aparmalı və bundan sonra razılaşma imzalamalıdırlar;
Digər tərəfdən, mətndə 12 milyard dollarlıq İran aktivlərinin dondurulmasının aradan qaldırılması, blokadanın ləğv edilməsi, həmçinin neft sanksiyalarının dayandırılması İranın nüvə danışıqları üçün əsas şərtlər kimi irəli sürülüb.
Lakin “Mehr” agentliyi iddia edir ki, İranın raket proqramı və bölgədəki “müqavimət oxu” qüvvələrinə dəstək məsələləri ABŞ-İran memorandumunun mətninə daxil edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top