Karapetyanın bloku seçki nəticələrinin ləğvini tələb edir


Ermənistanda “Güclü Ermənistan” bloku Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək 7 iyun parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsini tələb edib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, “Güclü Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyan MSK-ya şikayət ərizəsi ilə müraciət edib.
Jurnalistlərə verdiyi açıqlamada o, blokun iddia edilən pozuntularla bağlı kifayət qədər dəlillərə malik olduğunu bildirib.
Siyasi qüvvənin nümayəndəsinin sözlərinə görə, hakimiyyətin ədalətli və obyektiv seçkilər keçirməklə bağlı iddiaları praktikada təsdiqlənməyib.
Vardevanyanın sözlərinə görə, rəsmi açıqlamaya əlavə olaraq, partiya həm seçki günü, həm də seçkiqabağı dövrdə baş vermiş bütün əsas pozuntularla bağlı MSK-ya məlumat təqdim edib.
Qeyd edək ki, “Güclü Ermənistan” blokuna rusiyalı iş adamı Samvel Karapetyan rəhbərlik edir. O, daha əvvəl seçkilərin ciddi qanun pozuntuları ilə müşayiət olunduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top