ABŞ Cenevrədə İranla müqavilə imzalamağa hazırlaşır


ABŞ Hərbi Hava Qüvvələri ABŞ vitse-prezidenti C.D. Vensin İranla anlaşma memorandumu imzalamaq üçün Cenevrəyə gedəcəyi təqdirdə lazım olacaq avadanlıqları Cenevrəyə daşıyır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkə səhifəsində yazıb.
Onun sözlərinə görə, Vensin imzalanma mərasimi üçün Cenevrəyə gedəcəyi təqdirdə avadanlıq çatdırmaq üçün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Avropaya göndərilib.
Jurnalistin sözlərinə görə, ABŞ və İran həqiqətən də müqavilənin mətni ilə bağlı razılığa gəliblər, lakin hər iki tərəfdən yekun təsdiq hələ alınmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da Oval Ofisdə jurnalistlərə imzalanmanın, çox güman ki, Avropada baş tutacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top