Dünya Kubokunda “qırmızı rekord”


2026-cı il Dünya Kubokunun Meksika və Cənubi Afrika Respublikası arasında keçirilən açılış matçı rekord göstərici ilə yadda qalıb.
Yeniavaz.com
xəbər verir ki, matçda hakim Dünya Kuboku tarixində ilk dəfə olaraq üç qırmızı vərəqə göstərib.
Oyun Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda keçirilib və ev sahibi komandanın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu braziliyalı baş hakim Vilton Sampayo idarə edib.
Açılış oyununda iki Cənubi Afrika oyunçusu - Yaya Sithole (49-cu dəqiqə) və Themba Zvane (84-cü dəqiqə), eləcə də bir Meksika oyunçusu Sezar Montes (90+2-ci dəqiqə) qırmızı vərəqə alıb.  
Beləliklə, Meksika oyunu 10, Cənubi Afrika isə 9 futbolçu ilə başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top