
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, AZAL Dövlət Agentliyinin sifarişi əsasında 2026-cı ilin 12-13 iyun tarixlərində Şuşa şəhərində Dövlət Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəqabət qurumlarının rəhbərlərinin iştirakı ilə 3-cü iclasın eləcə də Rəqabət Forumunun keçirilməsi ilə əlaqədar Bakı-Füzuli-Bakı istiqamətində çarter reyslərini təşkili edəcək və qarşılığında 75 min 820 manat alacaq.
Onu da bildirək ki, açıqlanan məlumatlarda təyyarənin hansı model olduğu bildirilmir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz