
Futbol üzrə dünya çempionatının açılış matçında Meksika Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, Meksikadakı “Mexiko Siti” stadionunda Bakı vaxtı ilə 11 iyun 23:00-da start götürən görüşdə 9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.
A qrupunun digər matçında isə Cənubi Koreya Çexiya millisini məğlub edib.
“Qvadalaxara” stadionunda keçirilən matçda koreyalılar 2:1 hesablı qələbə qazanıblar.
59-cu dəqiqədə Ladislav Kreyçiy Çexiyanı hesabda önə keçirsə də, Cənubi Koreya millisi əzmkar oyun nümayiş etdirərək Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gələ bilib.
Tətbiqimizi yükləyə bilərsiniz