
“ABŞ və İran müharibəyə son qoymaq üçün razılığa gəliblər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“İranla müharibəyə son qoymaq üçün əla bir razılığa gəldik. Sənədləşmə işlərini yekunlaşdıracağıq. Bu, bir neçə gün ərzində edilməlidir”, - Tramp deyib.
Amerika lideri bildirib ki, müqavilənin imzalanması bu həftə sonu baş tuta bilər:
“Hörmüz boğazı müqaviləni imzaladığımız anda rəsmi olaraq açılacaq. Və bu, tezliklə, çox tezliklə baş verə bilər. Ola bilsin ki, bu həftə sonu Avropada. Mən orada olmayacağam, amma ABŞ vitse-prezidenti J.D. Vens orada olacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz